Elmi təşkilat və müəssisələrin sayı açıqlandı

Elmi təşkilat və müəssisələrin sayı açıqlandı
  22 Yanvar 2020    Oxunub:2461
lkin məlumatlara əsasən, 2020-ci ilin əvvəlinə ölkəmizdə müxtəlif elmi-texniki xidmətləri həyata keçirən 133 elmi təşkilat və müəssisə fəaliyyət göstərir. Bu elm ocaqlarında elmi-tədqiqat və işləmələrlə 20,2 mindən artıq mütəxəssis məşğul olur, onların da 71,4 faizi tədqiqatçılardır.
Azvision.az xəbər verir ki, bu Dövlət Statistika Komitəsinin 2019-cu ilin yanvar-dekabr ayları üzrə statistik hesabatında bildirilib.

Qeyd olunub ki, bu mütəxəssislərin 37,4 faizinin elmlər doktoru və ya fəlsəfə doktoru elmi dərəcəsi var. Bundan əlavə, elmi-tədqiqat bölmələrində ştatda olmayan və ali təhsil müəssisələrində çalışan 7 min nəfər elmi pedaqoji işçi tədqiqat və işləmələri yerinə yetirir. Onların da yarıdan çoxu elmlər doktoru və ya fəlsəfə doktoru alimlik dərəcəsinə malikdir. Hazırda Milli Elmlər Akademiyasının 68 həqiqi və 105 müxbir üzvü var.

Azvision.az



Teqlər: AMEA   Statistika  





Xəbər lenti