Azərbaycanda 818 cinayətkar qrup zərərsizləşdirilib

   Azərbaycanda 818 cinayətkar qrup zərərsizləşdirilib
  22 Yanvar 2020    Oxunub:1984
Ötən il ölkəmizdə mütəşəkkil cinayətkarlıqla mübarizə məqsədyönlü şəkildə həyata keçirilib və 818 cinayətkar qrup zərərsizləşdirilib.
Azvision.az xəbər verir ki, bunu yanvarın 22-də Daxili İşlər Nazirliyində keçirilmiş kollegiya iclasında nazir, general-polkovnik Vilayət Eyvazov deyib.

Nazir bildirib ki, ölkəmiz cinayətkarlıqla mübarizənin nəticələrinə görə ötən il də MDB və Avropa məkanında öncül mövqedə olub. Azərbaycanda əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı sabit qalaraq 265 fakt təşkil edib.

Azvision.az



Teqlər: DİN   Narkotik  





Xəbər lenti