Elmira Fərzəliyeva namizədliyini Azay Quliyevin xeyrinə geri götürdü
8 saylı Binəqədi birinci Seçki Dairəsindən namizəd olan Azay Quliyevin tətbiq edəcəyi, ən azından yerli təcrübədə bir ilk olan “Seçicinin elektron kabineti” kimi proqramın istifadəyə veriləcəyi barədə sosial media vasitəsilə və Seçki Dairəsinin ərazisində yaşayan tanışlarımdan məlumat aldıqdan sonra belə bir nəticəyə gəldim ki, Azay Quliyevə 9 fevral seçkilərində rəqib olmayacaq. Buna görə də mən, Azay Quliyevin xeyrinə öz namizədliyimi geriyə çəkmək barədə qərara gəldiyimi bəyan edir, mənə dəstək göstərən bütün seçiciləri isə 9 fevral 2020-ci ildə Azay Quliyevə səs verməyə dəvət edirəm".
Teqlər: