Nazir orta məktəbdə nöqsanlar aşkar etdi

  24 Yanvar 2020    Oxunub : 1859
Nazir orta məktəbdə nöqsanlar aşkar etdi
Təhsil naziri Ceyhun Bayramov Salyan şəhər 2 nömrəli tam orta məktəbdə olub.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, nazir məktəbin müəllim və şagird kollektivi ilə görüşüb, eyni zamanda təhsil ocağının ümumi şəraiti, dərs otaqları, idman zalı və yeməkxanası ilə tanış olub.

Təhsil naziri şagirdlərin dərsə davamiyyəti ilə maraqlanıb, həmçinin təhsil ocağında aşkar olunan bir sıra nöqsanlarla bağlı tapşırıqlarını verib.

Azvision.az

Teqlər: Təhsil   Məktəb