Qış tətili başladı - 9 gün dərs olmayacaq

  Qış tətili başladı  - 9 gün dərs olmayacaq
  25 Yanvar 2020    Oxunub:3864
Bu gündən ümumi təhsil müəssisələrində 2019-2020-ci tədris ili üzrə qış tətili başlayıb.
Azvision.az xəbər verir ki, məktəblilərin qış tətili 27-31 yanvar tarixlərini əhatə edəcək.

Beşgünlük tədris həftəsi tətbiq edilən məktəblər yanvarın 25-i və 26-sı şənbə-bazar gününə düşdüyünə görə, onlar yanvarın 24-dən tətilə çıxıblar. Fevralın 1-i şənbə günü olduğundan tədris həftəsi üçün ikinci yarımil fevralın 3-dən başlayacaq.

Altıgünlük tədris həftəsində işləyən məktəblər isə qış tətilinə yanvarın 25-dən sonra çıxacaqlar və ikinci yarımilə fevralın 1-dən başlayacaqlar.

Azvision.az



Teqlər: Məktəb   Dərs  





Xəbər lenti