Güləş üzrə Azərbaycan çempionatı: 2-ci gün

Güləş üzrə Azərbaycan çempionatı: 2-ci gün
  23 Dekabr 2013    Oxunub:3559
Güləş üzrə Azərbaycan çempionatında ikinci günün qalibləri məlum oldu.
"Sərhədçi" İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında Azərbaycan çempionatı davam edir.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, çempionatın ikinci günündə yunan-Roma güləşi üzrə 84, 96 və 120 kq, sərbəst güləş üzrə 55 və 60 kq çəki dərəcələrində 116 pəhləvan çempionluq uğrunda mübarizə aparıb.
Qalib və mükafatçılar aşağıdakılardır.
Yunan-Roma güləşi üzrə
84 kq
1. Mate Savadze - Atasport
2. Orxan Nuriyev - Neftçi İSM
3. Rafiq Hüseynov - DİN İC
3. Elvin Mürsəliyev - Neftçi İSM 96 kq
1. Araz Həsənov - Neftçi İSM
2. Şəhriyar Məmmədov - DİN İC
3. Məhəmməd Şabanov - Atasport
3. Adil Hüseynov - DİN İC 120 kq
1. Valera Rodriges - Atasport
2. Abbas Abdullayev - Atasport
3. Səbuhi Hümbətov - Pəhləvan
3. Qoşa Davitadze - Atasport

Sərbəst güləş üzrə
55 kq
1. Namiq Sevdimov - DİN İC
2. Yaşar Əliyev - Abşeron, Neftçi İSM
3. Emin Hüseynov - Neftçi İSM
3. Aldar Aldarov - Atasport 60 kq
1. Hacı Əliyev - Neftçi İSM
2. Qalib Əliyev - Neftçi İSM
3. Ümüd Məmmədov - Sumqayıt, Neftçi İSM
3. Əhmədnəbi Qvarzatilov - Atasport
Çəki dərəcələri üzrə ilk 3 yeri tutmuş idmançılar AGF tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə təltif olunur, həmin güləşçilər ölkə yığma komandasının heyətinə cəlb edilir və tam dəst idman geyimi ilə təmin olunurlar.

Çempionatın son günündə sərbəst güləş üzrə 66, 74, 84, 96 və 120 kq çəki dərəcələrində güləşçilər öz aralarında ən güclüləri müəyyənləşdirəcəklər.


Teqlər:





Xəbər lenti