Tələbələrin köçürülməsinə başlanılır

Tələbələrin köçürülməsinə başlanılır
  28 Yanvar 2020    Oxunub:2703
Fevralın 1-dən tələbələrin köçürülməsi prosesinə başlanılır. Elektron sənəd qəbulu fevralın 7-dək davam edəcək.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də respublikamızda yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi transfer.edu.az portalı vasitəsilə həyata keçirilir.

Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları daxil etməklə köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyənləşdirə bilərlər.

Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin olunması məqsədinə xidmət edir. Portal fəaliyyətə başladığı gündən indiyədək 6 minə yaxın tələbənin köçürülməsi həyata keçirilib.



Azvision.az



Teqlər: Təhsil-Nazirliyi  





Xəbər lenti