“Qalatasaray” “Trabzonspor”u məğlub etdi - FOTOLAR
23 Dekabr 2013
Oxunub:1364
AzVision.az xəbər verir ki, Türkiyə Superliqasının 16-cı turunda “Qalatasaray” öz meydanında prinsipial rəqiblərdən olan “Trabzonspor”la qarşılaşıb. Musavat.com-un məlumatına görə, İstanbul klubu hesabı 60-cı dəqiqədə Burak Yılmazın qolu ilə açıb. 65-ci dəqiqədə qonaqlar Olcan Adının qolu ilə hesabı bərabərləşdiriblər. Lakin cəmi iki dəqiqə sonra Burak Yılmaz növbəti dəfə fərqlənib və komandasını yenidən hesabda irəli çıxarıb. Bundan sonra da “Qalatasaray” qol vəziyyətləri yaratsa da, “Trabzonspor”un qapıçısı Onurun mükəmməl oyunu qola imkan verməyib. Beləliklə, “Qalatasaray” 2:1 hesabı ilə qalib gəlib.