DİM sədri Saatlıda vətəndaşları qəbul edib

DİM sədri Saatlıda vətəndaşları qəbul edib
  31 Yanvar 2020    Oxunub:2544
Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə yanvarın 31-də şəhər və rayonlarda vətəndaşların mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərləri tərəfindən qəbulu cədvəlinə uyğun olaraq Saatlı rayonunda vətəndaşları qəbul edib.
Mərkəzdən Azvision.az -a verilən məlumata görə, qəbulda Saatlı rayonu ilə yanaşı, Şirvan şəhəri, Hacıqabul, Sabirabad və İmişli rayon sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak ediblər.

DİM Direktorlar Şurasının sədri görüşdən əvvəl ümummilli lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb.

Görüşdə əsasən dövlət qulluğuna qəbul, vakant dövlət qulluğu vəzifələri, magistratura və rezidenturaya qəbul, ali təhsil müəssisələrinə abituriyentlərin qəbulu və digər məsələlərlə əlaqədar DİM Direktorlar Şurasının sədrinə müraciətlər edilib.

Vətəndaşlara müraciətləri ilə bağlı ətraflı izahat verilib, DİM-in səlahiyyətlərinə aid olan bir çox məsələlər yerindəcə həll edilib. Digər müraciətlərin araşdırılması və baxılması üçün qeydiyyatı aparılıb.

Qeydiyyatdan keçənlərlə yanaşı, görüş zamanı birbaşa müraciət edən vətəndaşlar da M.Abbaszadə tərəfindən dinlənilib və onların müraciətlərinin həlli üçün müvafiq tədbirlər görülüb.

Azvision.az


Teqlər: DİM  





Xəbər lenti