"Tərtərçayı qoru, Qarabağı qoru!" adlı petisiya başladı - Səs verin!
Qeyd edək ki, Aybəniz İsmayılova Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının beynəlxalq əlaqələr şöbəsinin mudiridir.
Tərtərçayı 200 km uzunluğa malikdir və öz mənbəsini Azərbaycanın Kəlbəcər rayonununda götürür. Bu rayon Ermənistan Respublikası tərəfindən 2 aprel 1993-cü ildə işğal olunmuşdur və bu işğal Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsi ilə tanınmışdır. Avropa İnsan Hüquqları Məhkəməsi isə Azərbaycanın işğal olunmuş ərazilərində insan hüquqları pozuntularına görə Ermənistanın məsuliyyət daşıması barəsində qərar qəbul etmişdir. Xatırladaq ki, Qarabağ erməniləri də bu məsələ ilə bağlı Ermənistan hökumətinə qarşı etiraz aksiyası keçirir.
Petisiyanı https://www.change.org/p/save-river-tartar-save-karabakh linkinə daxil olaraq imzalamaq olar.
Səs verib, dəstək olaq!
Teqlər: Petisiya