Məktəblərdə qış tətili başa çatdı

  03 Fevral 2020    Oxunub : 1614
Məktəblərdə qış tətili başa çatdı
Azərbaycanda orta məktəblərdə qış tətili başa çatıb.
Azvision.az xəbər verir ki, qış tətili 27-31 yanvar tarixlərini əhatə edib.

Beşgünlük dərs həftəsi olan məktəblilər üçün tətil müddəti 9 gün (25 yanvar-2 fevral) davam edib. Altıgünlük tədris həftəsi ilə işləyən məktəblərdə dərslərə fevralın 1-də start verilib. Beşgünlük tədris həftəsi ilə işləyən məktəblərdə isə dərslər bu gün başlayıb.

Azvision.az

Teqlər: Məktəb   Tətil