“Zoluşka” operasının Rusiyada premyerası olacaq

“Zoluşka” operasının Rusiyada premyerası olacaq
  04 Fevral 2020    Oxunub:3792
Moskvada Azərbaycan bəstəkarı Leonid Vaynşteynin “Zoluşka” operasının Rusiya premyerası olacaq.
Azvision.az xəbər verir ki, "Helikon-opera”da Azərbaycan bəstəkarı Leonid Vaynşteynin “Zoluşka” operasının Rusiya premyerasının təqdimatına hazırlaşırlar. Operanın premyerası 1985-ci ildə Azərbaycanda olub. Tamaşanın dirijoru Azərbaycanın Xalq artisti Yalçın Adıgözəlovdur.

“Helikon-opera” Teatrının məlumatında bildirilir ki, Azərbaycan bəstəkarlıq məktəbinin nümayəndəsi Leonid Vaynşteyn dahi Qara Qarayevin tələbəsi olub.

“Zoluşka”nın premyerası 1985-ci ildə Bakıda, Azərbaycan Akademik Opera və Balet Teatrının səhnəsində keçib. 35 ildən sonra maraqlı sehrbazlıq və şəkildən-şəklə çevrilmələr irimiqyaslı dekorasiyalar və müasir qoloqrafiyalı texnologiyanın köməyi ilə yaradılıb.

Şarl Perronun əfsanəvi nağılının motivləri əsasında yazılmış operanın süjetində xeyir və gözəllik şər və paxıllığa qalib gəlir. Qonaqpərəst Nağılçı bütün yaşlarda olan tamaşaçıları maraqlı oyuna cəlb edəcək. Tamaşaçılar balqabağın parlaq karetə, siçanların gözəl atlara, Zoluşkanın Şahzadə xanıma çevriləcəyinin şahidi olacaqlar. Bundan əlavə, teatrda qonaq olan qızlar büllur tuflini geyinib baxa biləcəklər.

Tamaşanın rejissoru İlya İlyin, bədii rəhbəri isə Dmitri Bertmandır.

Azvision.az



Teqlər:





Xəbər lenti