Əcnəbi tələbələr elektron köçürülmədə iştirak edə bilər

Əcnəbi tələbələr elektron köçürülmədə iştirak edə bilər
  04 Fevral 2020    Oxunub:1870
Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də respublikamızda yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi prosesi davam edir.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, elektron sənəd qəbulu fevralın 7-dək davam edəcək. Tələbə bir semestr ərzində yalnız bir dəfə qeydiyyatdan keçə bilər. Əmri verildikdən sonra tələbə köçürülmədən imtina edə bilməz. Tələbə yenidən qış və ya yay tətili dövründə transfer.edu.az elektron portalına müraciət edə bilər.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər elektron köçürülmədə iştirak edə bilər.

Xarici ölkədə qiyabi (distant) təhsil alan və (və ya) fəaliyyət göstərdiyi ölkədə akkreditə olunmayan ali təhsil müəssisəsindən Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə tələbələrin köçürülməsinə yol verilmir.

Azvision.az



Teqlər: Təhsil-Nazirliyi  





Xəbər lenti