Rusiya hələ ki, Ukraynaya 3 milyard ayırır

Rusiya hələ ki, Ukraynaya 3 milyard ayırır
  24 Dekabr 2013    Oxunub:1881
Rusiya Ukrayna ilə əldə olunmuş razılaşma əsasında çərşənbə axşamı ilkin olaraq Kiyevə 3 milyard dollar köçürəcək.Bunu Rusiyanın maliyyə naziri Anton Siluanov bazar ertəsi keçirdiyi mətbuat konfransında deyib.

AzVision.az xəbər verir ki, bu günlərdə Ukrayna prezidenti Viktor Yanukoviçin Moskvaya səfəri zamanı Rusiyanın Ukraynanın qiymətli kağızlarına 15 milyard dollar qoyması və qazın ucuzlaşdırılması ilə bağlı razılaşma əldə olunub.

Paytaxt Kiyevdə isə Avropaya inteqrasiya tələbi ilə etiraz aksiyası davam edir.

Ukrayna hökumətinin bu günlərdə Avropa Birliyi ilə asosasiya sazişi imzalamaqdan imtina eləməsi ölkədə kütləvi etirazlara səbəb olub.

Müxalifət hökumətin istefası və vaxtından əvvəl seçkilər keçirilməsini tələb edir.


Teqlər:





Xəbər lenti