Azay Quliyevin 6-cı mikrorayonda seçicilərlə növbəti uğurlu görüşü keçirilib

  05 Fevral 2020    Oxunub : 1549
Azay Quliyevin 6-cı mikrorayonda seçicilərlə növbəti uğurlu görüşü keçirilib
Bu gün 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Azay Quliyev 6-cı mikrorayon, Svetlana Məmmədova küçəsinin seçiciləri ilə görüşüb.
Azay Quliyevi alqışlarla qarşılayan seçicilər onun deputat fəaliyyətini yüksək qiymətləndirdiklərini bildiriblər. Seçicilər fevralın 9-da ötən 4 ildə Milli Məclisdə onları ləyaqətlə təmsil edən Azay Quliyevə yenidən səs verəcəklərini deyiblər.

Görüşdə çıxış edən Azay Quliyev seçiciləri ilə müntəzəm şəkildə görüşdüyünü və onların müraciətlərini daima diqqətdə saxladığını bildirib. Azay Quliyev seçicilərin elektron kabinetinin (e-kabinet) əhəmiyyəti haqqında da ətraflı məlumat verib.

Seçicilər Azay Quliyevə müraciət edərək 27 saylı poliklinikanın fəaliyyətinin yenidən bərpa edilməsinə kömək etməyi istəyiblər. Azay Quliyev seçicilərlə birlikdə poliklinikanın binasına baxış keçirib. O, bu məsələni araşdıracağını və vətəndaşların istəyinin təmin olunması üçün müvafiq qurumlara müraciət edəcəyini deyib.

Azay Quliyev daha sonra 6-cı mikrorayon, Kazımoviski küçəsində əlilliyi olan şəxsin mənzilinə baş çəkib və onun üzləşdiyi problemin həlli ilə maraqlanıb.

Teqlər: Azay-Quliyev