Millimiz Tacikistanla heç-heçə etdi

Millimiz Tacikistanla heç-heçə etdi
  06 Fevral 2020    Oxunub:2083
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.
Azvision.az xəbər verir ki, Tacikistanın müvafiq yaş qrupuna aid komandası ilə qarşılaşma heç-heçə başa çatıb - 1:1. Yığmamızın heyətində Nicat Quliyev fərqlənib.

Qeyd edək ki, U-17 növbəti oyununu fevralın 10-da Danimarkanın "Hellerup" klubuna qarşı keçirəcək.

Azvision.az



Teqlər: AFFA   Milli  





Xəbər lenti