DİM: 46 namizəd müxtəlif vəzifələrə uyğun bilinib

 DİM:  46 namizəd müxtəlif vəzifələrə uyğun bilinib
  08 Fevral 2020    Oxunub:4500
Ümumilikdə 30 dövlət orqanında 136 vakant vəzifənin tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ötən il noyabrın 5-də elan olunmuş müsabiqə üzrə müsahibə davam edir.
Azvision.az DİM-in fevralın 8-i saat 15:55-ə olan göstəricilərinə əsasən xəbər verir ki, müsahibədə indiyədək 46 nəfər uğur qazanıb. Onlardan 17-si Maliyyə Nazirliyində, 11-i Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində, 4-ü Bakı şəhəri Xəzər Rayon Məhkəməsində, 3-ü Ağstafa Rayon Məhkəməsində, 3-ü Dövlət Şəhərsalma və Arxitektura Komitəsində, 2-si Ali Attestasiya Komissiyasında, 2-si Gəncə şəhər Nizami Rayon Məhkəməsində, 1-i Hesablama Palatasında, 1-i Sumqayıt Apellyasiya Məhkəməsində, 1-i Gəncə Ağır Cinayətlər Məhkəməsində, 1 nəfər isə Salyan Rayon Məhkəməsində müxtəlif vəzifələrə uyğun bilinib.

Xatırladaq ki, müsahibədə iştirak etmək üçün 855 nəfər sənəd verib. Müsahibə fevralın 28-də başa çatacaq.

Azvision.az



Teqlər: DİM  





Xəbər lenti