Güclü külək Bakıda 6 ağacı kökündən çıxarıb

  10 Fevral 2020    Oxunub : 2380
 Güclü külək Bakıda 6 ağacı kökündən çıxarıb
Son günlər Bakıda müşahidə edilən güclü külək nəticəsində 6 ağac kökündən çıxıb.
Bunu Azvision.az -a açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov bildirib.

Onun sözlərinə görə, güclü küləyin təsirindən paytaxtın 20-yə yaxın ərazisində ağacların budaqları sınıb, əyilərək qəzalı vəziyyətə düşüb.

Bakının bir neçə rayonunda altı ağacın kökündən qopması ilə bağlı məlumat daxil olub. Onlardan bəziləri bərpa edilib. Bərpadan sonra inkişafını davam etdirə bilməyəcək vəziyyətdə olan ağaclar isə kəsilərək ərazidən götürülüb. Bundan başqa, budaqları sınan ağacların qəzasını aradan qaldırmaq üçün müvafiq tədbirlər aparılır”.

O.Məmmədov qeyd edib ki, külək paytaxt ərazisində çox ciddi fəsadlar yaratmayıb: “Xoşbəxtlikdən xəsarət alan olmayıb. Birliyin bütün şəxsi heyəti Bakı şəhər İcra Hakimiyyətinin xəbərdarlığına əsasən, gücləndirilmiş iş rejimində çalışır. Küləyin sürəti azalana qədər əməkdaşlarımız gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək”.

Aytən Zəhra
Azvision.az

Teqlər: Bakı   Külək   Ağac