Şagirdlərin elektron yerdəyişməsinə start verilir

Şagirdlərin elektron yerdəyişməsinə start verilir
  13 Fevral 2020    Oxunub:2954
Fevralın 13-dən etibarən şagirdlərin elektron yerdəyişməsi prosesi davam etdirilir.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir. Şagirdlərin yerdəyişməsi prosesi 2019-cu ilin avqustun 15-dən www.sy.edu.az portalı və Alternativ Qeydiyyat mərkəzləri vasitəsilə həyata keçirilir.

Xatırladaq ki, yanvarın 25-dən fevralın 13-dək şagirdlərin elektron yerdəyişməsi (www.sy.edu.az) portalında və bu məqsədlə yaradılmış Alternativ Qeydiyyat mərkəzlərində məktəblərdə siniflərin komplektləşdirilməsi ilə bağlı yerdəyişmə ilə əlaqəli sorğuların qəbulu müvəqqəti dayandırılmışdı.

Azvision.az



Teqlər: Təhsil-Nazirliyi   Məktəb  





Xəbər lenti