“Yüksəliş” müsabiqəsinin ilk onlayn imtahanı başlayır
İmtahan tarix, coğrafiya, ədəbiyyat və mədəniyyət, hüquq və iqtisadiyyat olmaqla 4 blok üzrə aparılır. 84 sual üçün 2 saat vaxt ayrılıb. Hər fənn üzrə 21 sual təqdim olunur. İmtahan müddəti 2 saatdır. Hər sual üçün çətinliyindən asılı olaraq 30-90 saniyə vaxt ayrılıb. Test blokları arasında 10 dəqiqəlik fasilə olacaq. Bu fasilədən istifadə etmək iştirakçıların ixtiyarındadır. Sayta “Firefox”, “Safari” və “Chrome” brauzerlərindən biri vasitəsilə daxil olmaq mümkündür. Həmin müddət ərzində internet bağlantısının minimal sürəti 100 Kbit/san olmalıdır.
Layihənin İşçi qrupu tərəfindən namizədlərin suallarını dərhal cavablandırmaq və bütün mümkün texniki çatışmazlıqları aradan qaldırmaq məqsədilə çağrı mərkəzi (tel: 1820) yaradılıb. Həmçinin layihənin sosial şəbəkələrdəki səhifələrinə, elektron poçtuna ünvanlanan müraciətlər əsasında iştirakçılara dəstək göstəriləcək.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu iyulun 26-da imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.
Azvision.az
Teqlər: Yüksəliş