Samir Şərifov: İlk 50 ölkədən biri olacayıq

Samir Şərifov: İlk 50 ölkədən biri olacayıq
  25 Dekabr 2013    Oxunub:1164
Azərbaycan qarşıdakı 5-10 il ərzində ümumi daxili məhsul istehsalını artırmaqla dünyanın ilk 50 ölkəsinin sırasına daxil olmağı hədəf kimi müəyyənləşdirib.

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında nəzərdə tutulan tədbirlərin icrası nəticəsində 2020-ci ilədək ölkədə adambaşına düşən ümumi daxili məhsul həcminin iki dəfədən çox artırılması gözlənilir.

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, bu sözləri dekabrın 23-də “Azərbaycan 2013-2018: Yeni hədəflərə doğru” mövzusunda keçirilən konfransda maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, həmin dövrədək Azərbaycanın Dünya Bankının adambaşına düşən Ümumi Milli Gəlir təsnifatına görə “yuxarı orta gəlirli ölkələr” arasında və BMT İnkişaf Proqramının İnsan İnkişafı ilə bağlı təsnifatına əsasən “yüksək insan inkişafı” ölkələri qrupunda üst sıralara yüksəlməsi hədəflənir.

Yeni inkişaf hədəflərindən danışan S.Şərifov deyib ki, ümumi daxili məhsul istehsalına görə ölkəmiz 2003-cü ildə 108-ci yerdə, adambaşına düşən ümumi daxili məhsulun istehsalına görə 154-cü yerdə olub. 2012-ci ildə isə artıq müvafiq olaraq 69-cu və 78-ci sırada qərarlaşıb. Beləliklə, son on ildə ölkəmiz ümumi daxili məhsulun istehsalına görə dünyanın ilk 70 ölkə sırasına daxil olub. Qarşıdakı 5-10 il ərzində isə ümumi daxili məhsul istehsalını qeyri-neft sektorunun inkişafı hesabına 2 dəfəyədək artıraraq, dünyanın ilk 50 ölkəsinin sıralarına daxil olmaq hədəf kimi müəyyənləşdirilib.


Teqlər:





Xəbər lenti