Ukraynada ləğv edilən Avropa çempionatı Bakıda keçiriləcək

Ukraynada ləğv edilən Avropa çempionatı Bakıda keçiriləcək
  25 Dekabr 2013    Oxunub:1236
Tayekvondo üzrə növbəti Avropa çempionatı Bakıda keçiriləcək.
Ukraynada tayekvondo üzrə Avropa çempionatının keçirilməsi ləğv edilib.

AzVision.az Ukrayna Tayekvondo Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 2014-cü ildə tayekvondo üzrə Avropa çempionatının keçirilməsini ləğv etmək qərarı Avropa Tayekvondo İttifaqı ilə Ukraynanın televiziya verilişləri şirkətləri arasında yaranmış problemlərlə əlaqədar olaraq qəbul edilib.

Azərbaycanın Tayekvondo Federasiyası ilə məsləhətləşmələrdən sonra qərara alınıb ki, Avropa çempionatı 2014-cü il mayın 1-dən 5-dək Bakıda keçirilsin.


Teqlər:





Xəbər lenti