Mübariz Mənsimov: “Rza Zərrabı tanımıram” – VİDEO

Mübariz Mənsimov: “Rza Zərrabı tanımıram” – VİDEO
  25 Dekabr 2013    Oxunub:1390
Mübariz Mənsimov bəzi mediya qurumlara qəzəbləndi:`Bunu yazan adamların yaxasından əl çəkmərəm, o 100 dollara sayt yaradıb xəbər verənlər qanun çərçivəsində cəzaların çəkəcəklər`
AzVision.az xəbər verir ki, Türkiyənin ən zəngin iş adamlarından biri, azərbaycanlı Mübariz Mənsimov son günlər bu ölkədə olan hadisələrə münasibət bildirib. O, ANS-ə müsahibəsində deyib ki, rüşvət və qaçaqmalçılıqla bağlı saxlanılanlar barəsində istintaq aparılır: “Əlbəttə ki, bunun Türkiyə üçün çox neqativ təsirləri var. Türkiyə iqtisadiyyatı 638 milyard türk lirəsi itirir. Nəticədə bu, hər kəsin cibindən çıxan puldur. Mən eşitməmişəm ki, bu məsələdə bir azərbaycanlı iş adamanın adı çəkilsin. Bu gün Türkiyə iqtidarı istər Azərbaycandan, istərsə də digər dövlətlərdən gəlib qanun çərçivəsində Türkiyədə sərmayə qoyurlar.

Mediada bəzi boşboğazlıq və cəfəngiyyatlar deyilir. Bu, açıq şəffaf mediyanın olmamasını göstərir. Rza Zərrabı mən ümumiyyətlə tanımıram. Heç bir iş ortağım olmayıb, ola da bilməz. Səhv adama böhtan atırlar, mən bu işin sonuna kimi gedəcəm”.

İş adamının sözlərinə görə, "Palmali" nəinki Zərrabla, ümumiyyətlə qanunsuz heç bir işdə ola bilməz. ""Palmali"nin və Mübariz Mənsimovun yaşam tərzi bəllidir”.




Teqlər:  





Xəbər lenti