Ali məktəblərə və kolleclərə ərizə qəbulunun vaxtı açıqlandı

   Ali məktəblərə və kolleclərə ərizə qəbulunun vaxtı açıqlandı
  19 Fevral 2020    Oxunub:2359
Dövlət İmtahan Mərkəzi (DİM) ali məktəblərə və orta ixtisas təhsili müəssisələrinə (kolleclər) sənəd qəbulunun vaxtını açıqlayıb.
Mərkəzdən Azvision.az -a verilən xəbərə görə, ali təhsil müəssisələrinə qəbul imtahanları üçün ərizə qəbulu (I – V qruplar) martın 16-dan aprelin 14-dək aparılacaq.

Kolleclərə tam (11 illik) orta təhsil bazasında sənəd qəbulu martın 16-dan aprelin 14-dək, 9 illik orta təhsil bazasında isə fevralın 21-dən martın 11-nə kimi aparılacaq.

Azvision.az


Teqlər: DİM  





Xəbər lenti