Yunanıstan Türkiyəyə şərt kəsdi

Yunanıstan Türkiyəyə şərt kəsdi
  25 Dekabr 2013    Oxunub:1222
Yunanıstan XİN: “Türkiyə Kipri tanımasa, Avropa perspektivi olmayacaq”
AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, Yunanıstan Xarici İşlər Naziri Konstaninos Kutras Türkiyənin Avropaya inteqrasiya prosesini Kiprin tanınması ilə əlaqələndirib.

“Kipr Avropa Birliyinin 28 bərabər hüquqlu üzvündən biridir. Əgər Türkiyə bunu anlaya və qəbul edə bilmirsə, onda onun Avropa perspektivi ilə bağlı istənilən konkret müzakirə praktik olmayacaq”.
2014-cü il yanvarın 1-dən Avropa Birliyinə sədrlik etməyə başlayan Yunanıstan Kiprin müstəqilliyinin tanınmasını Türkiyə ilə Avropa Birliyi arasındakı danışıqlarda əsas şərt olacağını bildirib.

Xatırladaq ki, 1974-cü ildə Türkiyə Kiprə qoşun yeridərək adanın üçdə birini işğal etmişdi.

Vüqar İsmayılov



Teqlər:  





Xəbər lenti