Milli Qəhrəman Eldar Məmmədovun şəhadət günü

Milli Qəhrəman Eldar Məmmədovun şəhadət günü
  24 Fevral 2020    Oxunub:2763
Bu gün Milli Qəhrəman Eldar Məmmədovun şəhadət günüdür.
Azvision.az -ın məlumatına görə, Eldar Harun oğlu Məmmədov 1968-ci il 10 yanvar tarixində Bakı şəhərində doğulub. Cəmşid Naxçıvanski adına hərbi məktəbi bitirdikdən sonra 1985-1989-cu illərdə Riqa Ali Hərbi Siyasi Məktəbdə təhsil alıb. 1989-1991-ci illərdə Rusiyanın Orenburq vilayətində zabit kimi hərbi xidmətdə olub. Eldar Məmmədov Azərbaycana qayıtdıqdan sonra əvvəl raket qoşunlarında, sonra isə Milli Təhlükəsizlik Nazirliyi Sərhəd Qoşunları Baş İdarəsində hərbiçi kimi fəaliyyətini davam etdirib.

Ağdərədə gedən döyüşlərdə xüsusi fədakarlıq nümayiş etdirən E.Məmmədov 1993-cü il 24 fevral tarixində qəhrəmancasına həlak olub. Azərbaycan Respublikası Prezidentinin 11 dekabr 1994-cü il tarixli 247 saylı Fərmanı ilə Eldar Harun oğlu Məmmədov "Azərbaycan Milli Qəhrəmanı" adına layiq görülüb.

Dövlət Sərhəd Xidmətinin Göytəpə Sərhəd Dəstəsinin 2-ci alayı E.Məmmədovun adını daşıyır.

Azvision.az



Teqlər: MilliQəhrəman   EldarMəmmədov  





Xəbər lenti