QHT-lərə 1 milyondan çox pul ayrıldı

QHT-lərə 1 milyondan çox pul ayrıldı
  08 Fevral 2013    Oxunub:2010
Azərbaycan Nazirlər Kabineti 2013-cü il üçün QHT-lərə ümumilikdə 1278000 manat ayırıb.
Belə ki, Nazirlər Kabineti "Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin 2013-cü il üçün xərclər smetası"nı təsdiq edib. Məlumata görə, smeta Nazirlər Kabinetinin 7 fevral tarixli qərarı ilə təsdiq edilib və yanvarın 1-dən qüvvəyə minib. Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının Katibliyinin cəmi xərcləri 940000 manat təşkil edəcək.
Şuranın mətbu nəşrlərinin təsis olunması, xüsusi bülletenlərin buraxılması, konfransların, simpoziumların, forumların təşkil edilməsi, üzvlərin bu tədbirlərdə iştirakı ilə əlaqədar xidməti ezamiyyə, ekspertlərin qonorar xərclərinin ödənilməsi və fəaliyyəti ilə bağlı digər xərclərinə 338000 manat sərf olunacaq.


Teqlər:  





Xəbər lenti