Bakıda qəribə OLAY: cinayətkar qandalı açıb qaçdı

Bakıda qəribə OLAY: cinayətkar qandalı açıb qaçdı
  26 Dekabr 2013    Oxunub:5672
Bakının Xətai rayonunda şübhəli şəxs qismində tutulan bir nəfər əlindəki qandalı açaraq qaçıb.
Xətai rayon polis idarəsindən AzVision.az-a verilən məlumata görə, dünən saat 18 radələrində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində şübhəli şəxs qismində tutulan 1994-cü il təvəllüdlü Məmmədli İbrahim Nadir oğlu barəsində həbs qətimkan tədbiri seçilməsi üçün rayon məhkəməsinə təqdimat verilməsi məsələsinə baxılmastndan ötrü rayon prokurorluğuna gətirilib.

Şübhəli şəxs prokurorluğun binasının qarşısında maşından çıxarılarkən əlindəki qandalı açaraq qaçıb.

Faktla bağlı araşdırma aparılır.

Mirvari Nəcəf



Teqlər:  





Xəbər lenti