Bakı Konqress Mərkəzində Varisin yeni romanı təqdim olundu

Romanda 1984-cü ildə Əskəranda sahə müvəkkili kimi xidmət apararkən gizli erməni separatizminin izinə düşən, şərlənib həbs olunaraq 5 il həbsxanada yatdıqdan sonra bu dəfə Xocalı aeroportunun komendantı vəzifəsində erməni millətçiləri ilə mübarizə aparan Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin şərəfli həyat yolu oxuculara təqdim olunur, Dağlıq Qarabağın tarixi barədə bilgilər verilir, 26 fevral faciəsinə qədərki və faciə zamanındakı Xocalı təsvir olunur.
Geniş oxucu kütləsi üçün nəzərdə tutulan roman hazırda xarici dillərə də tərcümə olunur, “Xocalıya ədalət” kampaniyası çərçivəsinsə bir neçə xarici ölkədə nəşri planlaşdırılır.
Teqlər: