376 qanunsuz tibb müəssisəsi aşkar edilib

376 qanunsuz tibb müəssisəsi aşkar edilib
  26 Dekabr 2013    Oxunub:1135
“2013-cü il ərzində 376 xüsusi razılıq (lisenziya) olmadan özəl tibb və ya əczaçılıq fəaliyyətilə məşğul olma faktı aşkar olunaraq inzibati icraat aparılıb”.
AzVision.az-ın məlumatına görə, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev YAP-ın saytına müsahibəsində bildirib.

Nazirlik rəsmisinin sözlərinə görə, cari il ərzində quruma 16 mindən çox müraciət daxil olub.

“Cari il ərzində tibb müəssisələrinin və səhiyyə işçilərinin fəaliyyəti ilə bağlı vətəndaşların ərizə və şikayətləri əsasında araşdırmalar aparılaraq müəyyən tədbirlər görülüb. İl ərzində Səhiyyə Nazirliyinə 16 mindən artıq, o cümlədən 1566 elektron xidmət vasitəsilə müraciət daxil olub.

Bundan əlavə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin “161-qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş 290, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş 314 neqativ hal barədə şikayətə nazirlikdə baxılıb. Aparılan araşdırmalar zamanı müəyyən edilmiş pozuntu faktları üzrə 176 tibb işçisi barədə məsuliyyət tədbirləri görülüb, 1 müraciət üzrə cinayət xarakterli pozuntu faktı aşkar olunduğundan 1 tibb işçisi barədə Korrupsiyaya Qarşı Mübarizə İdarəsi vasitəsilə cinayət işi qaldırılıb”.

AzVision.az


Teqlər:  





Xəbər lenti