Güclü külək qaz xəttini zədələdi

  02 Mart 2020    Oxunub : 930
Güclü külək qaz xəttini zədələdi
Güclü küləyin təsirindən Bakının Suraxanı rayonu, Zığ qəsəbəsi, S.Göyüşov küçəsində hasar 3 abonenti qazla təmin edən diametri 15 və 20 mm olan kəmərlərin üzərinə aşıb.
Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən Azvision.az -a verilən məlumata görə, Abşeron rayonu Saray qəsəbəsində isə aşan daş hasar 57 mm diametrində olan qaz xəttini və bir ədəd qaz sayğacını yararsız hala salıb.

Nəticədə 70 abonentin qaz təminatında müvəqqəti fasilə yaranıb. Hər iki yerdə “Azəriqaz” İB-nin əməkdaşları bərpa işlərinə başlayıb.

Azvision.az

Teqlər: Azəriqaz