“SOCAR Corcia qas” Gürcüstan bölgələrin qazlaşdırır

“SOCAR Corcia qas” Gürcüstan bölgələrin qazlaşdırır
  27 Dekabr 2013    Oxunub:1373
“SOCAR Corcia qas” şirkəti Kaxeti bölgəsinin qazlaşdırılmasında fəal iştirak edir.
AzVision.az xəbər verir ki, “SOCAR Corcia qas” şirkəti Gürcüstanın Kaxeti bölgəsindəki Gürcaani rayonunun Axaşeni kəndinə təbii qaz kəməri çəkib.

Bununla əlaqədar keçirilən mərasimdə Gürcüstan Baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze demişdir ki, SOCAR üzərinə götürdüyü öhdəlikləri layiqincə yerinə yetirir, şirkətin ölkənin qazlaşdırılmasında uğurlu fəaliyyətindən razıyıq və kollektivə təşəkkür edirik.

Gürcüstan Baş nazirinin müavini Azərbaycan xalqını qarşıdan gələn Yeni il münasibətilə təbrik etmiş, böyük uğurlar diləyib.

“SOCAR Corcia qas” şirkətinin direktoru Anar Məmmədov müəssisənin qonşu Gürcüstanın qazlaşdırılması prosesini davam etdirəcəyini vurğulamışdır. O demişdir ki, 2017-ci ilədək Gürcüstanın 75 faizinin qazlaşdırılması istiqamətində işi davam etdirəcək və üzərimizə düşən vəzifələrin nəzərdə tutulan müddətdə yerinə yetirilməsinə çalışacağıq.


Teqlər:





Xəbər lenti