Kəsiri olan tələbələrə təqaüd verilməyəcək - Yeni qaydalar
Dəyişkiliyə əsasən, yeni qayda tədrisə qismən cəlb olunma (parttime) növü üzrə təhsil alan tələbələrə dövlət büdcəsinin vəsaiti hesabına təqaüdlərin təyin edilməsi və ödənilməsi qaydalarını əhatə etməyəcək.
Qaydaya edilən əlavəyə əsasən, cari və aralıq qiymətləndirmənin ümumi nəticələrinə, habelə aralıq qiymətləndirmənin nəticəsinə görə, eləcə də üzrsüz səbəbdən imtahanda iştirak etmədiyinə görə akademik borcu yaranmış və akademik borcu yaranan semestrdə imtahan sessiyasından sonra növbəti semestr başlayanadək həmin fənni (fənləri) dinləmədən imtahan verərək və ya yay semestrində dinləyərək müvəffəq qiymət almış tələbə növbəti semestrdə təqaüd almaq hüququ olan tələbələrin siyahısına daxil edilməyəcək.
Azvision.az
Teqlər: Nazirlər-Kabineti Təhsil Təqaüd