Bəstəkar-müğənnidən qadınlara hədiyyə

  08 Mart 2020    Oxunub : 2604
Bəstəkar-müğənnidən qadınlara hədiyyə
Bəstəkar-müğənni Sevinc Ağasıyeva yeni “Qara tikanlar” adlı klipini “8 Mart Beynəlxalq Qadınlar Günün”də təqdim edib. “OksiMedia” production tərəfindən istehsal olunan klipdə ifaçının obrazında qadın azadlığı, onun mübarizəsi və həyat eşqi əks olunub.
Müəllifin fikrincə azad qadın "Xoşbəxt qadın" ifadəsi ilə sinonimə çevrilib. Lakin biz heç də hər zaman azad bir qadının nə demək olduğunu başa düşmürük və azadlığı tamam başqa cür qəbul edirik. Məsələn, bizə elə gəlir ki, azad qadın heç kimdən asılı deyil, tək yaşayır, istədiyini edir, azad münasibətdədir, çox pula var və özünə hər şeyi icazə verir. Ancaq bu həmişə belə deyil. Azadlıq - özünüz və həyatınız üçün tam və tək məsuliyyətdir. Hamı belə bir tam azadlığa hazır deyil.



Bu klip səhnə adı SİVVA olan və bir çox sevilən mahnıların bəstəkarı, ifaçısı Sevinc Ağasıyevanın “OksiMedia” productionla ilk işi deyil. “Mələyin öpüşü”, “Sevgi Romanı” filmlərinin və “Lal yuxu” serialının bəstəkarı da Sevinc Ağasıyevadır.

Teqlər: