Bankda pulu olanlar vergidən azad edildi

Bankda pulu olanlar vergidən azad edildi
  27 Dekabr 2013    Oxunub:1816
Azərbaycan parlamenti bank əmanətçilərinə yeni güzəştlər edib.
Milli Məclisin dekabrın 27-də keçirilən iclasında “Banklar və digər kredit təşkilatları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən fazilərin gəlir vergisindən azad edilməsi haqqında” qanun layihəsini qəbul edib.

AzVision.az-ın məlumatına görə, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, layihəni qanunvericilik təşəbüsü ilə prezident İlham Əliyev Mili Məclisə göndərib. Layihəyə əsasən, banklar və digər kredit təşkilatları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən fazilər 2014-cü ilin yanvarın 1-dən bir il müddətinə gəlir vergisindən azad edilib.

Z.Səmədzadə bildirib ki, əhalinin banklarda 6 milyard manatdan çox əmanəti var: “İl ərzində 600 milyon manat gəlir götürülür. Fiziki şəxslərin əmanətləri üzrə ödənilən fazilərin gəlir vergisindən azad edilməsi 50-60 milyon manat vəsait əhalidə qalacaq”.

Milli Məclis layihəni qəbul edib.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti