Qondarma “Qarabağ” 8 milyon ziyana düşdü

Qondarma “Qarabağ” 8 milyon ziyana düşdü
  27 Dekabr 2013    Oxunub:1397
Qondarma “Dağlıq Qarabağ Respublikası”nın büdcəsi təsdiq edilib. AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, parlament “qurum”un 2014-cü il üçün büdcəsini təsdiqləyib.
Sənədlərə görə “Dağlıq Qarabağ Respublikası”nın dövlət büdcəsinin gəlirləri 190 milyon 135 min dollar, xərcləri isə 212 milyon 81 min dollar təşkil edəcək.

Beləliklə, separatçıların büdcəsində 8 milyon 631 min dollar həcmində kəsr olacaq. Bundan əlavə, Ermənistan tərəfindən də Dağlıq Qarabağdakı böhranı aradan qaldırmaq üçün kredit ayıracaq.

“Dağlıq Qarabağın Sosial Təminat naziri” Samvel Qəribyanın sözlərinə görə, dövlət büdcəsinin dörddə biri əməkhaqları, təqaüd və sosial müavinətlərin artırılmasına yönəldiləcək.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti