Bakıda 112 yaşayış binasına qaz verilib

  12 Mart 2020    Oxunub : 888
Bakıda 112 yaşayış binasına qaz verilib
Prezident İlham Əliyevin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 19 fevral 2019-cu il tarixli fərmanının icrası ilə əlaqədar Bakıda bir çox binanın istismara qəbulu prosesi bu il də diqqətdə saxlanılır.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən Azvision.az -a verilən məlumata görə, fərmandan irəli gələn məsələlərin operativ həlli məqsədilə “Azəriqaz” müvafiq tədbirləri davam etdirir.

Belə ki, 2020-ci il yanvar ayının 7-dən fevral ayının 29-na qədər 112 yaşayış binası üzrə 5 097 mənzil təbii qazla təmin olunub.

Azvision.az

Teqlər: SOCAR