Fazil Məmmədov 17 nəfəri işdən çıxarıb

Fazil Məmmədov 17 nəfəri işdən çıxarıb
  27 Dekabr 2013    Oxunub:1376
Vergilər Nazirliyinin 17 əməkdaşı tutduğu vəzifədən azad edilib. 22 nəfərə isə şiddətli töhmət verilib.

Bu barədə AzVision.az-a nazirliyin analitik-informasiya şöbəsindən məlumat verilib.

Bildirilib ki, 2013-cü il ərzində Vergilər Nazirliyinə vətəndaşlardan “Vergi işçisinin etik davranış kodeksi”nin tələblərinin pozulması ilə əlaqədar 55 şikayət daxil olub.

“Vergi işçisinin etik davranış kodeksi”nin tələblərinin pozulması ilə bağlı 17 əməkdaşın vergi orqanlarında xidmətlərinə xitam verilib, 4 əməkdaş aşağı vəzifəyə keçirilib, 4 nəfərin xüsusi rütbəsi bir pillə aşağı salınıb, 22 nəfərə şiddətli töhmət, 47 nəfərə töhmət verilib, 7 əməkdaşa xəbərdarlıq elan edilib.

2013-cü il ərzində etik davranış məsələləri ilə bağlı maarifləndirmə işlərinin gücləndirilməsinə diqqət artırılmış, Vergilər Nazirliyinin Tədris Mərkəzində keçirilən ilkin hazırlıq və ixtisasartırma kurslarının tədris proqramına “Vergi ödəyiciləri ilə qarşılıqlı münasibətlərdə işgüzar ünsiyyət etikası və Vergi işçisinin etik davranış kodeksi” mövzsu əlavə edilib.

Sevinc İltifatqızı





Teqlər:  





Xəbər lenti