Xaricdə təhsilini yarımçıq qoyub qayıdan tələbələrə təklif

Xaricdə təhsilini yarımçıq qoyub qayıdan tələbələrə təklif
  13 Mart 2020    Oxunub:2207
“Xaricdə oxuyan bir sıra azərbaycanlı tələbələr koronavirusla əlaqədar dərslərini yarımçıq qoyaraq Azərbaycana qayıdıb və ya xarici ölkədə qalmaqla dərslərini dayandırıblar. Dərslərində geri qalmamaları üçün həmin tələbələrə UNEC-də bu gündən distant formada təşkil edilən dərslərə qoşulmağı təklif edirik”.
Azvision.az xəbər verir ki, bu barədə UNEC-in rektoru, proffessor Ədalət Muradov xaricdə təhsil alan tələbələrə müraciətində bildirib.

Qeyd olunub ki, dərslər ödənişsiz təqdim ediləcək: “Seçimlərinə uyğun olaraq tələbələr dərsləri azərbaycan, türk, ingilis, rus dillərində dinləyə bilərlər. Yekunda tələbələrin istəyinə uyğun olaraq onlara dinlədikləri dərslər barədə müvafiq sənəd verilə bilər. UNEC-də distant dərslərə qoşulmaq üçün https://azvision.az/redirect.php?url=http://kabinet.unec.edu.az/ səhifəsinə və bununla əlaqədar təlimatla tanış olmaq üçün shorturl.at/ptzB5 səhifəsinə müraciət etmək lazımdır. Hər birinizə uğurlar arzu edirəm”.

Azvision.az



Teqlər: UNEC   Tələbə  





Xəbər lenti