Rusiya Ermənistanda 400 milyonluq zavod tikəcək

Rusiya Ermənistanda 400 milyonluq zavod tikəcək
  28 Dekabr 2013    Oxunub:1150
Bu barədə keçirdiyi mətbuat konfransında baş nazir Tiqran Sarkisyan məlumat verib.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bugün geniş mətbuat konfransı keçirən Ermənistanın baş naziri Tiqran Sarkisyan Rusiyanın “Rosneft” şirkətinin ölkədə 400 milyon dollarlıq yeni zavod tikmək niyyətinin olduğunu bildirib.

Baş nazir vurğulayıb ki, Butadien-stirol rezin istehsalı ilə məşğul olacaq kimya müəssisəsinin tikintisi hələ ki, müzakirə mərhələsindədir. Onun sözlərinə görə “Rosneft”in prezidenti İqor Seçin və İtaliyanın “Pirelli Tayr” şirkətləri bu barədə hazırlanan investisiya proqramını təsdiqləyiblər.
“Yeni tikiləcək zavod maşın şinləri istehsal olunacaq. Bunu üçün xammal kimi lazım olan kauçuk isə tezliklə Ermənistanda istehsal olunmağa başlayacaq”.

Layihənin əsas məsələlələrinin artıq müzakirə oldunduğunu bildirən Sarkisyan bundan başqa “Nairit” elmi-istehsal birliyinin də tezliklə fəaliyyətinin bərpa olunacağını da əlavə edib.

Xatırladaq ki, müəssisəsi Sovet dövründə kauçuk istehsalı ilə məşğul olan “Nairit” kimya zavodu bu sahədə dünyanın ən böyük beş zavodundan biri idi.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti