AzTU-nun Elmi Şurasının onlayn iclası keçirildi

AzTU-nun Elmi Şurasının onlayn iclası keçirildi
  19 Mart 2020    Oxunub:1655
Martın 18-də Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi Şurasının yeni tərkibdə ilk onlayn iclası keçirilib.
Onlayn iclasda təşkilati, elmi-tədqiqat, tədris və təcrübə işləri ilə bağlı məsələlər, həmçinin ictimaiyyətlə əlaqələr şöbəsinin yenidən təşkili müzakirəyə çıxarılıb.

Elmi Şuranın bütün üzvlərinə aktiv çat sistemi vasitəsilə müzakirə olunan məsələləri görmək, eyni zamanda operativ münasibət bildirəmək imkanı yaradılıb. Şuranın üzvləri müzakirələrdə aktivlik göstərib, sual və təkliflər verib, həmçinin səsvermədə iştirak edib. Bütün statistik məlumatlar və müzakirələrin nəticələri onlayn sistemdə avtomatik qeyd edilib.



Teqlər:





Xəbər lenti