Məşhur restoranın yemək fırıldaqlığı - FOTOLAR

Məşhur restoranın yemək fırıldaqlığı - FOTOLAR
  28 Dekabr 2013    Oxunub:1406
“Elbara” restoranında dövlət nəzarəti tədbirləri zamanı standartların tələblərinin pozulduğu aşkar olunub.
Komitədən AzVision.az-a verilən məlumata görə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Səbail rayonu, Zahid Xəlilov küçəsində yerləşən “Elbara” restoranında dövlət nəzarəti tədbirləri həyata keçirilib.

Araşdırma zamanı müəyyən edilmişdir ki, kulinariya məmulatları reseptura olmadan gözəyarı hazırlanır, müəssisənin akkreditasiya olunmuş laboratoriya ilə müqaviləsi mövcud deyil, mütəmadi olaraq sınaq üçün laboratoriyaya nümunələr təqdim olunmur, mətbəxdə kifayət qədər soyuducu olmasına baxmayaraq, məhsullar düzgün yerləşdirilmir, soyuducuda mal qonşuluğu gözlənilmir, temperatur rejiminə düzgün əməl olunmur. Bundan başqa mətbəxdə çalışan personalın heç bir gigiyenik norma və qaydaya əməl etmədiyi, yeməklərin bir neçə gün öncədən bişirilərək soyuducuda saxlanıldığı və təzə bişirilmiş kimi müştərilərə təqdim olunduğu müşahidə edilib. Tələb olunan normativ hüquqi sənədlər yoxlamaya təqdim edilməyib.

Müəssisədə hazırlanan yeməklərə orqanoleptiki baxış keçirilmiş, ət farşı, paytaxt salatı, fransız salatı, ətli blinçikdən nümunələr götürülərək Komitənin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) laboratoriyasına təqdim edilib.

Araşdırmalar davam edir.

Qalereya




Teqlər:  





Xəbər lenti