Türkiyədə küçəyə çıxan yaşlıları həbs gözləyir

  22 Mart 2020    Oxunub : 1339
Türkiyədə küçəyə çıxan yaşlıları həbs gözləyir
Xəbər verdiyimiz kimi, Türkiyədə koronavirus təhlükəsi ilə əlaqədar yaşı 65 və daha yuxarı olan vətəndaşlara evlərindən çıxmağa müvəqqəti olaraq qadağa qoyulub. Bu gündən etibarən bütün ölkə üzrə qadağanın tətbiqinə başlanılıb.
Azvision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, küçəyə çıxmaq qadağasını pozan yaşlı vətəndaşlar 3 min 150 lirə cərimə ödəməli olacaqlar. Bundan əlavə, qaydalara əməl etməyən şəxsləri iki aydan 1 ilədək həbs cəzası gözləyir.

Qeyd edək ki, Türkiyədə xroniki xəstəlikləri olan şəxslərin də evdən çıxmasına icazə verilmir.

Azvision.az

Teqlər: Türkiyə   Qadağa