“Hazırki vəziyyət olimpiada üçün uyğun deyil” - Baş Nazir

  23 Mart 2020    Oxunub : 1052
“Hazırki vəziyyət olimpiada üçün uyğun deyil” - Baş Nazir
"Düşünürəm ki, dünyanın hazırki vəziyyəti olimpiada keçirmək üçün uyğun deyil".
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Yaponiyanın Baş Naziri Şinzo Abe bildirib.

Onun sözlərinə görə, koronavirusun yayılması ilə bağlı mövcud vəziyyət Tokioda Yay Olimpiya Oyunlarının ilkin plana uyğun olaraq keçirilməsinə imkan vermir.

Abe Beynəlxalq Olimpiya Komitəsinin rəhbəri Tomas Baxla oyunların keçirilməsi məsələsini müzakirə edəcəyini deyib.

Azvision.az

Teqlər: Olimpiada   Koronavirus