“Koronavirusun yayılması yay aylarında səngiyəcək” - Çinli ekspert

 “Koronavirusun yayılması yay aylarında səngiyəcək” -  Çinli ekspert
  23 Mart 2020    Oxunub:3982
"Koronavirusun yayılmasının tamamilə qarşısını almaq üçün Avropa ölkələrinə iki il vaxt lazım olacaq".

Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə çinli infeksionist, "COVID-19 Şanxay" ekspert qrupunun rəhbəri Çjan Venxun deyib.
Onun sözlərinə görə, Avropada epidemiyanın kəskin yayılmasının aprel-iyun aylarına təsadüf edəcəyi gözlənilir.

İnfeksionist, həmçinin əlavə edib ki, koronavirusun yayılması yay aylarında səngiyəcək, payız və qış aylarında isə yenidən aktivləşə bilər.

Azvision.az


Teqlər: Çin   Koronavirus  





Xəbər lenti