Gürcüstanda qatarların hərəkəti dayandırılır

Gürcüstanda qatarların hərəkəti dayandırılır
  23 Mart 2020    Oxunub:1560
Gürcüstanda koronavirusun ölkə daxilində yayılması ilə əlaqədar bir sıra məhdudlaşdırıcı tədbirlər həyata keçirilir.
Azvision.az "Sputnik Gürcüstan"a istinadən xəbər verir ki, hökumət sərnişin qatarlarının hərəkətinin dayandırılması barədə qərar qəbul edib.

Bildirilib ki, qadağa yük daşımalarına şamil olunmayacaq.

“Şəhərlərarası avtomobil və dəmiryol əlaqələrinin dayandırılması ilə bağlı yeni sərəncam bu gecə saat 12-dən sonra qüvvəyə minəcək. Epidemiyanın ölkə ərazisində sürətlə yayılmasının qarşısını almaq üçün bu cür tədbirlər zəruridir",- deyə hökumət rəsmisi İrakli Çikovani bildirib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Gürcüstan   Koronavirus  





Xəbər lenti