Almaniyada 23 minə yaxın insan “COVİD-19”a yoluxub

Almaniyada 23 minə yaxın insan “COVİD-19”a yoluxub
  23 Mart 2020    Oxunub:2338
Almaniyada koronavirusa yoluxanların sayı 22 min 672 nəfərə çatıb.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Robert Kox İnstitutunun direktoru Lotar Viler bildirib. Onun sözlərinə görə, ölkə üzrə virusa yoluxanların sayı bir gündə 4062 nəfər çoxalıb.

Qeyd edək ki, bu günədək Almaniyada 86 nəfər koronavirusdan ölüb. Ölənlərin orta yaş həddi 82-dir.

Azvision.az


Teqlər: Almaniya   Koronavirus  





Xəbər lenti