Avropada koronavirusun ən çox yayıldığı ikinci ölkə

  23 Mart 2020    Oxunub : 1258
Avropada koronavirusun ən çox yayıldığı ikinci ölkə
İspaniyada son 24 saat ərzində koronavirusdan dünyasını dəyişənlərin sayı 462 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ümumilikdə ölkə üzrə koronavirusa yoluxanların sayı 24 saatda 4,5 min artaraq 33 min 89 nəfərə çatıb. Hazırda xəstələrin 2,3 min nəfəri ağır vəziyyətdədir. Bu günədək 3355 xəstə sağalıb.

Qeyd edək ki, İspaniya koronavirusa yoluxanların və ölənlərin sayına görə Avropada İtaliyadan sonra ikinci yerdədir.

Azvision.az

Teqlər: İspaniya   Koronavirus