İspaniyada 4 minə yaxın tibb işçisi koronavirusa yoluxub

İspaniyada 4 minə yaxın tibb işçisi koronavirusa yoluxub
  23 Mart 2020    Oxunub:2652
İspaniyada koronavirusa yoluxan tibb işçilərinin sayı 3910 nəfərə çatıb.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İspaniya Səhiyyə Nazirliyinin xəbərdarlıq və fövqəladə hallar üzrə koordinasiya mərkəzinin direktoru Fernando Simona məlumat verib.

Onun sözlərinə görə, ötən həftə 52 yaşlı tibb bacısı koronavirusdan dünyasını dəyişib.

Ümumilikdə İspaniyada koronavirus infeksiyasına yoluxanların sayı 24 saatda 4,5 min artaraq 33 min 89 nəfər olub, 462 xəstə isə dünyasını dəyişib.

Azvision.az



Teqlər: İspaniya   Koronavirus   Həkim  





Xəbər lenti