Baş Nazirin müavini xəstəxanaya yerləşdirildi

  23 Mart 2020    Oxunub : 1268
Baş Nazirin müavini xəstəxanaya yerləşdirildi
İspaniyanın Baş Nazirinin müavini Karmen Kalvo tənəffüs yolları infeksiyası səbəbi ilə xəstəxanaya yerləşdirilib.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, Karmen Kalvoya koronavirus testi ediləcək.

Qeyd edək ki, İspaniya koronavirusa yoluxanların və ölənlərin sayına görə Avropada İtaliyadan sonra ikinci yerdədir. Ölkə üzrə virusa yoluxanların sayı 33 min 89 nəfərə çatıb.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Koronavirus   İspaniya